Yuxarı

​Paytaxtda vəzifəli şəxs ağac kəsilməsi faktına görə 10 min manat cərimələnib

Şikayəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırıb

Bakı. 14 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) paytaxtın Xətai rayonunda qanunsuz ağac kəsilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumatda bildirilib ki, iyulun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Məhəmməd Hadi, 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırıb.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi