Payız ağacəkmə kampaniyası Şirvan şəhərində davam etdirilib

Payız ağacəkmə kampaniyası Şirvan şəhərində davam etdirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən başladılan payız ağacəkmə kampaniyası Şirvan şəhərində davam etdirilib.
Ekologiya
20 Dekabr , 2019 16:16
Payız ağacəkmə kampaniyası Şirvan şəhərində davam etdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən başladılan payız ağacəkmə kampaniyası Şirvan şəhərində davam etdirilib.

"Report" xəbər verir ki, aksiyada rayon gəncləri, ETSN-in kollektivi, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edərək 3000-dən çox Eldar şamı və Sərv ağacı əkiblər.

Ağacəkmə kampaniyasında iştirak edən gənclərdən Firuzə Babayeva yaşıllıqların artırılmasına töhfə verdiklərinə görə qürur duyduqlarını bildirib:

"Biz könüllü olaraq ağacəkmə kampaniyasına qoşulmuşuq. Məqsədimiz odur ki, gənclər ağacəkmə aksiyalarında aktiv iştirak etsinlər. Bizim işimiz bu ağacları əkməklə bitməyəcək, daha sonra əkdiyimiz ağaclara da qulluq edəcəyik. Gənclər olaraq ağacəkmə aksiyalarında iştirak etmək qürurvericidir. Ətraf mühiti qorumaq hər birimizin borcudur. Ölkənin bütün gənclərini bu ağacəkmə aksiyalarında aktiv iştiraka səsləyirik".

Son xəbərlər

Orphus sistemi