Yuxarı

Ağac kəsən şəxs cəzalandırıldı

Pay torpağında ağac kəsən şəxs cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xaçmaz rayonu Ləcət kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı fakt təsdiqini tapıb və sözügedən ərazidə qovaq ağaclarının müvafiq icazə sənədi olmadan özünə məxsus pay torpağında Xaçmaz rayon sakini Bəxtiyar Novruzbəyov tərəfindən kəsildiyi və təbiətə 49 640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi