Ov edən şəxslər cəzalandırılıb
Ekologiya
- 21 sentyabr, 2021
- 14:24
Xaçmaz rayonunda ov edən iki şəxs saxlanılıb.
Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı brakonyerlərə məxsus 90-OS-913 dövlət nömrə nişanlı "VAZ-21014" markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı "Qırmızı kitab"a düşən Qafqaz şahini aşkar edilib.
“Araşdırma zamanı qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb", - B.Məhəmmədov bildirib.
Son xəbərlər
03:09
"Bloomberg": "SpaceX" ilkin kütləvi yerləşdirməyə hazırlıq üçün xarici bankları cəlb edib
Biznes02:46
Video
"Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət02:23
"Mançester Siti" İngiltərə Liqa Kubokunun finalında "Arsenal" ilə qarşılaşacaq
Futbol01:55
Zelenski Ukraynanın Rusiya ilə müharibədəki itkilərini açıqlayıb
Digər ölkələr01:45
Türkiyədə qadın həbsxanasında yanğın baş verib, məhkumlar təxliyə olunub
Region01:18
"Reuters": Makronun müşaviri Moskvaya səfər edib
Region00:52
İsrail Qəzza zolağından şərqdə beynəlxalq hava limanı tikmək niyyətindədir
Digər ölkələr00:30
Ukrayna Azərbaycanın energetika sahəsində dəstəyini yüksək qiymətləndirib
Xarici siyasət00:10