2023-cü il Yaponiyada indiyə qədər qeydə alınan ən isti il olub.
“Report” xəbər verir ki, Yaponiya Milli Meteorologiya Departamenti 2023-cü ilin məlumatların qeydiyyatının aparılmağa başladığı 1898-ci illərdən bəri qeydə alınan ən isti il olduğunu açıqlayıb.
Belə ki, 2023-cü ildə Yaponiyada havanın orta temperaturu 1,29 dərəcə artaraq rekord həddə çatıb və 2020-ci ildə müəyyən edilmiş əvvəlki rekordu 0,65 dərəcə ötüb.
Yaponiyalı meteoroloqlar müxtəlif regionlardakı iqlim fərqlərinə görə ölkə üçün konkret orta temperaturu təqdim etmirlər, lakin ölkə üzrə 915 müşahidə nöqtəsindən əldə edilən məlumatlar əsasında hesablamalar aparırlar. Bu il Yaponiyanın şimalında normadan xüsusilə güclü kənarlaşmalar qeydə alınıb.
Yaponiyada ən isti hava dövrü adətən iyul və avqust aylarında baş verir. Belə ki, son həftələr ərzində ölkənin bir sıra bölgələrində 37 dərəcədən yuxarı temperatur qeydə alınıb. Yaponiyada hər il istilik vurması on minlərlə insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olur və yüzlərlə ölüm qeydə alınır.