Yuxarı
    Bağlamaq

    ​Ötən il Naxçıvanda ekoloji tələbləri pozanlar 51 min manat cərimə olunub

    İl ərzində götürülmüş 149 su nümunəsi üzərində 1788 analiz aparılıb

    Bakı. 6 yanvar. REPORT.AZ/ Keçən il Naxçıvan Muxtar Respublikasında meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması, mövcud meşə ehtiyatlarının qorunması məqsədilə 541 hektar sahədə yaşıllaşdırma tədbirləri, o cümlədən 27,5 hektar sahədə meşə əkini, 324,2 hektar sahədə meşəbərpa işləri və 139,3 hektar sahədə meyvə bağları, 50 hektar sahədə püstə bağlarının salınması tədbirləri həyata keçirilib.

    "Report" xəbər verir ki, bunu muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlayıb.

    Meşə əkini, meyvə bağlarının salınması və bərpa tədbirləri zamanı 262 min ədəd meyvə, 184 min 200 ədəd meşə, həmişəyaşıl və bəzək kolları olmaqla, ümumilikdə, 446 min ədəd ting əkilib.

    Həmin dövrdə meliorasiya və suvarma sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin davam etdirilməsi nəticəsində 6 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.

    Ötən il hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və 16 protokol, flora və faunanın, balıq ehtiyatlarının mühafizəsi üzrə isə 10 akt, 10 protokol tərtib olunub.

    Dəymiş ziyanla bağlı tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, 45 su obyektində (6 çay, 10 sututar, 29 göl ) və 29 müşahidə məntəqəsində səth sularının çirklənməsinin monitorinqi həyata keçirilib.

    İl ərzində götürülmüş 149 su nümunəsi üzərində 1788 analiz aparılıb.

    Su obyektlərində yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb.

    Məlumatda o da qeyd olunub ki, 2015-ci ildə təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə 37 müəssisəyə və təşkilata 51 min 190 manat ekoloji ödəniş haqqı tətbiq edilib və icrası təmin olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi