​Ötən il 58 yaşayış məntəqəsində içməli sutəmizləyici qurğuları quraşdırılıb

​Ötən il 58 yaşayış məntəqəsində içməli sutəmizləyici qurğuları quraşdırılıb İçməli su ilə təmin edilən əhalinin sayı 625 mini keçib
Ekologiya
20 Yanvar , 2016 18:06
​Ötən il 58 yaşayış məntəqəsində içməli sutəmizləyici qurğuları quraşdırılıb

Bakı. 20 yanvar. REPORT.AZ/ "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı" çərçivəsində 2015-ci ildə 122 mindən artıq əhalisi olan 58 yaşayış məntəqəsində içməli sutəmizləyici qurğuları quraşdırılıb.

Bu barədə "Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2015-ci ildə görülmüş işlərin illik hesabatına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, hazırda 60 mindən çox əhalisi olan 54 yaşayış məntəqəsində həmin qurğular quraşdırılır.

Bununla da 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilən əhalinin sayı 625 mini keçib.

Son xəbərlər

Orphus sistemi