Ötən il təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 1 800 nəfər vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, həmçinin vətəndaşlardan 24 73 min manat məbləğində cərimə tutulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2023-cü ildə 1 797 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 54,0 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 49,5 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 15,8 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.