Ötən həftə ölkənin meşə fondu ərazilərində 140 minə yaxın ağac əkilib

Ötən həftə ölkənin meşə fondu ərazilərində 140 minə yaxın ağac əkilib Ötən həftə ölkə ərazisinin meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirləri çərçivəsində yerli torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağac tingləri əkilib, toxumlar səpilib.
Ekologiya
20 Fevral , 2024 11:10
Ötən həftə ölkənin meşə fondu ərazilərində 140 minə yaxın ağac əkilib

Ötən həftə Azərbaycanın meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirləri çərçivəsində yerli torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağac tingləri əkilib, toxumlar səpilib.

Bu barədə "Report"a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.

Bildirilib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə həftə ərzində Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Sabirabad, Ağcabədi, Saatlı, Qobustan, Şabran, Siyəzən, Xaçmaz, İsmayıllı, Şəki, Zaqatala, Balakən, Qəbələ, Ağdaş, İmişli, Masallı, Lənkəran, Lerik və Astara rayonlarının meşə fondu torpaqlarında 139 385 ədəd müxtəlif cinsli ağac tingi əkilib, 2230 kq toxum səpilib.

Son xəbərlər

Orphus sistemi