Ölkədə adambaşına 0,12 % meşə düşür

Ölkədə adambaşına 0,12 % meşə düşür “Azərbaycanda meşə əraziləri, demək olar, azdır”
Ekologiya
16 Mart , 2021 16:19
Ölkədə adambaşına 0,12 % meşə düşür

“Azərbaycanda meşə əraziləri, demək olar, azdır. Ölkədə adambaşına 0,12 % meşə düşür. Yeni massivlərin artırılması əsas prioritetlərdən biridir. Meşələrdə 450-yə yaxın yabanı ağac və kol bitkiləri bitir”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Xidmət rəisi qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə minadan təmizləmə işləri həyata keçirilir:

“Meşə fondu ərazilərində bu işlər başa çatandan sonra meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulub. Bunun üçün toxum və əkin materialı ehtiyatı var. Həmçinin azad olunan ərazilərdə meşəbərpa tədbirlərinin aparılması üçün xüsusi proqram hazırlanır”.

Son xəbərlər

Orphus sistemi