Ölkə ərazisində yağmursuz və küləkli hava şəraiti gözlənilir

Ölkə ərazisində yağmursuz və küləkli hava şəraiti gözlənilir Bakıda gecə 2-4 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir
Ekologiya
4 Yanvar , 2015 14:17
Ölkə ərazisində yağmursuz və küləkli hava şəraiti gözlənilir

Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"-a verilən məlumata görə, axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. Bakıda gecə 2-4 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə gecə 8 dərəcə şaxtadan 5 dərəcə istiyədək, gündüz havanın tempraturu 5-11 dərəcə isti olacaq.

Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 0-12 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi