ETSN: Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir

ETSN: Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir Bakı, Sumqayıt, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Nabranda yağış yağıb.
Ekologiya
1025
17 May , 2020 20:11
ETSN: Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir

Bakı, Sumqayıt, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Nabranda yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, saat 20:00-a olan məlumata görə, qərb küləyi Naftalan, Neftçalada 26 m/s, Ağstafada 22 m/s, Göyçayda 21 m/s, Zərdab, Beyləqan, Ağdam, Cəfərxanda 20 m/s, Tərtər, İmişlidə 18 m/s, Sabirabadda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Qum adasında 26 m/s, Sumqayıt, Maştağa, Çilov adasında 22 m/s, Bakıda 20 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.

Orphus sistemi