Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 27 metrə çatır - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 27 metrə çatır - FAKTİKİ HAVA Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 17:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Hazırda Balakən, Binə, Quba, Qusar, Zaqatala, Qəbələ, Gəncə, Göygöl, Xocal
Ekologiya
26 İyun , 2024 17:33
Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 27 metrə çatır - FAKTİKİ HAVA

Bu gün saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 27 metrə çatır.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Balakən, Binə, Quba, Qusar, Zaqatala, Qəbələ, Gəncə, Göygöl, Xocalı, Şuşa, Gədəbəy, Daşkəsən, Naftalan, Xaltan, Şəmkir, Yevlax, Lənkəran, Lerik, Astara Yardımlı, Qrız, Mingəçevir, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Balakəndə 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə bəzi bölgələrdə küləyin maksimal sürəti 20 m/s təşkil edir.

Son xəbərlər

Orphus sistemi