Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, qar yağıb

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, qar yağıb Azərbaycanda hava şəraiti qeyri-sabit olub, yağış, qar yağıb.
Ekologiya
27 Noyabr , 2022 11:10
Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, qar yağıb

Azərbaycanda hava şəraiti noyabrın 27-ə olan məlumata əsasən qeyri-sabit olub, yağıntılı keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Yağış Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.

Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.

Son xəbərlər

Orphus sistemi