Yuxarı

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcəisti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi