Növbəti üç günün hava proqnozu açıqlanıb

Növbəti üç günün hava proqnozu açıqlanıb Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya
13 Dekabr , 2018 11:43
Növbəti üç günün hava proqnozu açıqlanıb
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, dekabrın 14-ü gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Onun sözlərinə görə, dekabr ayının 15-16-da hava şəraitin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Növbəti günlərdə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".

Direktor qeyd edib ki, Bakıda 9-12, Mərkəzi Aranda 8-13, Dağlıq ərazilərdə 3-6 dərəcə isti olacaq: "Şimal-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq". 

Son xəbərlər

Orphus sistemi