Nazirlik tullantıların yandırılmasına görə cavabdeh olan şəxsi 500 manat cərimələyib

Nazirlik tullantıların yandırılmasına görə cavabdeh olan şəxsi 500 manat cərimələyib Faktla bağlı fiziki şəxs barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib
Ekologiya
14 Avqust , 2017 11:43
Nazirlik tullantıların yandırılmasına görə cavabdeh olan şəxsi 500 manat cərimələyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 14 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Sumqayıt şəhərinin bir qrup sakini tərəfindən Sumqayıt şəhər məişət tullantısı poliqonunda tullantıların yandırılması ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən poliqonda tullantıların yandırılması faktı aşkar edilib.

Faktla bağlı poliqona cavabdeh olan fiziki şəxs Seymur Abbasov barəsində protokol tərtib olunub və o inzibati qaydada 500 manat məbləğində cərimə edilib. 

Baş verən qanun pozuntusunun təcili aradan qaldırlması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Eyni zamanda poliqonda məişət tullantılarının zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi