Yuxarı

Nazirlik: Havaya atılan tullantıya görə müəssisə direktoru 12500 manat cərimələnib

Nazirlik şirkət rəhbərini 12 min 500 manat cərimələyib
Dinlə

Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu məqsədlə monitorinq aparılıb.

Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun direktoru Yalçın Əsədov barəsində akt, protokol tərtib edilib. Hazırda direktorun hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün tədbirlər görülür.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə zavoda icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi