Nazirlik rəsmisi yaşla əlaqədar təqaüdə göndərildi

Nazirlik rəsmisi yaşla əlaqədar təqaüdə göndərildi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov vəzifəsindən azad edilib.
Ekologiya
7 Mart , 2020 13:07
Nazirlik rəsmisi yaşla əlaqədar təqaüdə göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov vəzifəsindən azad edilib.

Bunu “Report”a açıqlamasında nazirliyin Mətbuat katibi İradə İbrahimova deyib. 

O bildirib ki, Ə.Qaralov yaşla əlaqədar təqaüdə göndərilib: “Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi vəzifəsinə təyinat yoxdur. Hazırda həmin vəzifəyə kadr təyinatı məsələsinə baxılır”.

Qeyd edək ki, Əziz Qaralov 1977-ci ildən geoloq kimi fəaliyyət göstərib. 

Son xəbərlər

Orphus sistemi