Nazirlik rəsmisi Lənkəranda meşələrin qırıldığı iddia edilən ərazidə olub

Nazirlik rəsmisi Lənkəranda meşələrin qırıldığı iddia edilən ərazidə olub Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov Lənkəranda meşələrin qırılması ilə bağlı iddiaların olduğu ərazidə olub, yerli sakinlərlə görüşüb.
Ekologiya
1 İyul , 2021 09:42
Nazirlik rəsmisi Lənkəranda meşələrin qırıldığı iddia edilən ərazidə olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov Lənkəranda meşələrin qırılması ilə bağlı iddiaların olduğu ərazidə olub, yerli sakinlərlə görüşüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, nazirlik rəsmisi açıq meşə fondu torpağının Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə “Beta Tea” şirkətinə icarəyə verilən ərazidə olub.

Ərazidə sahibkar tərəfindən müqavilə şərtlərinin ziddinə olaraq heç bir ağacın kəsilmədiyini, əksinə, uzun illər kənd sakinlərinin, yaxınlıqdakı yaşayış evləri üçün yanğın təhlükəsi olan kol-kosun təmizləndiyini müşahidə ediblər. Yerli sakinlər də ərazinin təmizlənərək salınacaq çay plantasiyasında gələcəkdə yerli sakinlərin məşğulluğunun təmin olunması müsbət qarşılayıb.

Mehman Səfərov
Mehman Səfərov

Xidmətin rəis müavini Mehman Səfərov bildirib ki, ərazidə aparılan təmizlik işləri Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədi daşıyır:

“Açıq meşə fondu torpağı “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib. Kol-kos basmış quru sahələrdən və talalardan ibarət olan ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb. Əksinə, meşələrin mühafizə olunması, qorunub saxlanılması məqsədi daşıyır. Eyni zamnda sahibkar tərəfindən əhalinin məşğulluğunun təmin edilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində də rol oynayacaq”.

Qeyd edək ki, sosial mediada Lənkəranda Meşə Fondu torpaqlarının sahibkar tərəfindən qırılaraq, torpaqdan şəxsi məqsədlər üçün istifadə edilməsi iddiaları yer almışdı.

Son xəbərlər

Orphus sistemi