Nazirlik rəsmisi: "Biz hələ də meşə yanğınlarının qarşısını tam ala bilməmişik"

Nazirlik rəsmisi: "Biz hələ də meşə yanğınlarının qarşısını tam ala bilməmişik" Bakı. 4 may. REPORT.AZ/ Meşələri yanğından mühafizə etmək üçün mühüm işlər aparılır.
Ekologiya
4 May , 2018 11:36
Nazirlik rəsmisi: Biz hələ də meşə yanğınlarının qarşısını tam ala bilməmişik

Bakı. 4 may. REPORT.AZ/ "Meşələri yanğından mühafizə etmək üçün mühüm işlər aparılır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meş­ələrin İnkişafı Depar­tamentinin direktoru Söhrab Abbasov deyib. 

O bildirib ki, nazirlik hər il 650 hektar ərazidə mineral zolaqlar çəkir: "Amma buna baxmayaraq, biz hələ də yanğınların qarşısını ala bilməmişik. Çünki insanlar meşəyə gedir, istirahətlərinin nəticəsində isə təbiətə zərər verirlər, ocaq qalayırlar, uşaqların əlinə oynamaq üçün kibrit qutusu verirlər. Meşə tək ağacdan ibarət deyil, heyvanat aləmi var, mikroorqanizmlər var. Ekologiyamız hər yanğından hərtərəfli zərər görür. Vətəndaşlarıməz qanunlara riayət etmir, məsələn taxıl biçimindən sonra zəmiləri yandırmaq olmaz ki, hər il belə hadisələrin şahidi oluruq. Vətəndaşlarımız diqqətli olmalıdır, onlar özləri nazirlik nümayəndələrinə bu işdə kömək etməlidir. Hətta çox istəyərdik ki, yanğın baş verərkən vətəndaşlarımız seyrçi kimi qalmasın, onlar da yanğının qarşısını almaq üçün işçilərə kömək etsinlər".

Son xəbərlər

Orphus sistemi