Nazirlik: Ötən ay qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb, onlardan 34 tüfəng götürülüb

Nazirlik: Ötən ay qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb, onlardan 34 tüfəng götürülüb Qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub
Ekologiya
2 Noyabr , 2017 16:51
Nazirlik: Ötən ay qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb, onlardan 34 tüfəng götürülüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 2 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, ölkə ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirir.

Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, oktyabr ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 vətəndaş saxlanılaraq onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb.

Qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, digər 13 nəfər təqsirkarın isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi