Nazirlik Oğuzda meşələrdə ağacların kütləvi kəsilməsi ilə bağlı açıqlama verib
- 06 yanvar, 2023
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bayram günlərində Oğuz rayonu Tayıflı kəndinin ətrafındakı meşələrdə ağacların kütləvi şəkildə kəsilərək ağac emalı sexlərinə daşınması məlumatları ilə bağlı araşdırma aparıb.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
"Araşdırma zamanı sözügedən məlumatda adları şikayətçi kimi çəkilən Oğuz rayonu Tayıflı kənd sakinləri Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və Xəlilov İlham Nəcməddin oğlu Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Tayıflı İƏD üzrə nümayəndəliyində yazılı izahat verərək müraciətdə adlarının qeyd olunmasına baxmayaraq, həmin müraciətin yazılmasından xəbərsiz olduqlarını bildiriblər. Lakin buna baxmayaraq, Oğuz rayonu Tayıflı kənd ətrafında yerləşən meşə dolaylarına yerində baxış keçirilərkən ağacların kütləvi şəkildə kəsilməsi və ağac emalı sexlərinə daşınması halları qeydə alınmayıb" - Xidmət rəisi əlavə edib.