Yuxarı
    Bağlamaq

    ​Nazirlik: "Neftçalada qanunsuz qum daşınması ilə bağlı araşdırmalara başlanılıb"

    Qum daşınması faktı öz təsdiqini tapıb

    Bakı. 29 iyun.REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala rayonunun Şirvan kəndi ərazisindən qanunsuz qum daşınması ilə bağlı araşdırmalara başlayıb. 

    Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Xəbərə görə, nazirliyin əməkdaşlarının apardığı araşdırma zamanı Neftçala rayonu Şirvan kəndinin şimalında, Xəzər dənizinin sahilində qanunsuz qazıntı işlərinin aparılması və qum daşınması faktı öz təsdiqini tapıb. Aşkar olunan faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək inzibati araşdırmalara başlanılıb: "Eyni zamanda, qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon ərazisinə daha yaxşı bələd olan, rayonda baş verən bu cür hadisələrə cavabdehlik daşıyan Neftçala rayon Polis Şöbəsinə və Neftçala rayonu Şirvanlı kəndinin də daxil olduğu Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə qanunsuz qum daşınmalarına son qoyulması üçün müraciət olunub. Əminik ki, rayon hüquq-mühafizə və icra orqanları öz səlahiyyətləri çərçivəsində rayon ərazisində baş verən qanunsuz qum daşınmasının qarşısının alınmasına və təqsirkarların müəyyən edilərək cəzalandırılmasına nail olacaq".

    Məlumata görə, sözügedən ərazi nazirliyin aidiyyəti qurumu tərəfindən nəzarətə götürülüb və qanun pozucuları müəyyənləşdirildikdən sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada cərimə və təbiətə vurduqları ziyana görə iddia tətbiq ediləcək.

    ETSN KİV nümayəndələri tərəfindən ətraf mühitə qarşı törədilən qanun pozuntularına vaxtında reaksiya verilməsini və belə halların ictimai qınaq obyektinə çevrilməsini təqdir edir və minnətdarlıq bildirir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi