Nazirlik: Mingəçevir su anbarına kifayət qədər su ehtiyatı yığılıb

Nazirlik: Mingəçevir su anbarına kifayət qədər su ehtiyatı yığılıb "Mingəçevir su anbarında ehtiyat su yığımı ilə bağlı rejim müəyyən olunub və hər kubmetrə nəzarət olunur"
Ekologiya
22 Aprel , 2021 11:47
Nazirlik: Mingəçevir su anbarına kifayət qədər su ehtiyatı yığılıb
Mütəllim Əbdülhəsənov

"Mingəçevir su anbarında ehtiyat su yığımı ilə bağlı rejim müəyyən olunub və hər kubmetrə nəzarət olunur".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov aprelin 22-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, su anbarına yığılan su ehtiyatı imkan verəcək ki, yay fəslində su təminatı ilə bağlı problem qeydə alınmasın: "Bizdə olan məlumata görə həmin su anbarında keçən illə müqayisədə kifayət qədər su ehtiyatı yığılıb. Nəzərə alsaq ki, hazırda gursululuq dövrüdür və tranzit yolla Kürə kifayət qədər su yığılıb. Artıq və icazəsiz qoşulma halları da demək olar ki, aradan qaldırılır".

Şöbə müdiri əlavə edib ki, bu gün Bakıda su sızmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur: "Problemlərin aradan qaldırılması istiqamətində işlər məhz Azərsu ASC-yə məxsusdur".

Son xəbərlər

Orphus sistemi