Nazirlik İmişlidə yulğun kollarını məhv edən şəxsi 2 min manat cərimələyib

Nazirlik İmişlidə yulğun kollarını məhv edən şəxsi 2 min manat cərimələyib Yulğun kollarının məhv edilməsinə görə 640 manat məbləğində ziyan tətbiq olunub
Ekologiya
21 Avqust , 2017 09:54
Nazirlik İmişlidə yulğun kollarını məhv edən şəxsi 2 min manat cərimələyib
Eco.gov.az

Bakı. 21 avqust. REPORT.AZ/ Yulğun kollarını məhv edən şəxs cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə İmişli rayonu Kürdmahmudlu kənd sakini Qoşqar Əhmədov tərəfindən kənd ərazisində suvarma arxının ətrafında yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin yerli qurumunun əməkdaşları şikayəti yerində araşdırıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə yulğun kollarının traktor vasitəsilə əzildiyi və kökündən çıxarılaraq məhv edildiyi aşkar olunub.

Araşdırma zamanı yulğun kollarının kənd sakini Şahməli Əhmədov tərəfindən məhv edildiyi məlum olub. 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub. İnzibati xəta törətdiyinə görə Ş.Əhmədov 2000 manat məbləğində cərimə edilib və ona yulğun kollarının məhv edilməsinə görə 640 manat məbləğində ziyan tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi