Nazirlik əməkdaşları Böyükşor bulvarında ağac əkiblər

Nazirlik əməkdaşları Böyükşor bulvarında ağac əkiblər 15 hektara yaxın ərazisi olan Böyükşor bulvarında və parkında 80 min ağac və kolun əkilməsi nəzərdə tutulur
Ekologiya
20 Aprel , 2015 11:52
Nazirlik əməkdaşları Böyükşor bulvarında ağac əkiblər

Bakı. 20 aprel. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları tezliklə istifadəyə veriləcək Böyükşor bulvarında və parkında aparılan abadlıq və yaşıllaşdırma işlərinə dəstək göstərmək məqsədilə ağacəkmə aksiyası keçiriblər. "Təmiz Şəhər" ASC-dən "Report"a verilən məlumata görə, aksiya zamanı ərazidə xeyli sayda ağac və kol bitkiləri əkilib.

Ümumilikdə, 15 hektara yaxın ərazisi olan Böyükşor bulvarında və parkında 80 min ağac və kolun əkilməsi nəzərdə tutulur. Artıq həmin bitkilərin böyük hissəsi əkilib.

Gölün ətrafında canlı aləmin bərpası üçün ağacəkmə aksiyası zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları ağaclardan çoxlu sayda quş yuvaları asıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" 26 dekabr 2013-cü il tarixli fərmanı ilə Böyükşor gölünün və onun mühafizə zonasının istifadəsi və mühafizəsi sahəsində idarəetmə, habelə qorunub saxlanılmasına nəzarətin həyata keçirilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Fərmanda nəzərdə tutulan məsələlərin həlli məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "Təmiz Şəhər" ASC-yə müvafiq tədbirlərin görülməsi tapşırılıb. 

Böyükşor gölünün kompleks bərpası iki mərhələdə həyata keçirilir. Birinci mərhələ bu ilin may ayınadək başa çatdırılacaq. Gölü iki mərhələyə bölən və 8 xətli yolun özülü olan bənd inşa edilib, su mübadiləsi sistemi yaradılıb, xüsusi hidrotexniki qurğular quraşdırılıb, bütün mülki tikinti işləri yekunlaşıb. Layihə ərazisindəki su hövzəsinin dibinin təmizlənməsi işləri yekunlaşır, abadlıq və landşaft işlərinin son mərhələsi icra olunur. Layihənin növbəti mərhələsində isə gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi