Nazirlik ekoloji qanunvericiliyi pozan şəxsləri cərimələyib

Nazirlik ekoloji qanunvericiliyi pozan şəxsləri cərimələyib Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 30, icra qurumlarına 23, məhkəmələrə isə 7 iş göndərilib
Ekologiya
5 İyul , 2017 13:05
Nazirlik ekoloji qanunvericiliyi pozan şəxsləri cərimələyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 5 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən iyunun 16-30-da ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 149 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 27 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 40 iş üzrə 38600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 18 iş üzrə 28908,81 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 189 iş üzrə 47931,63 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 30, icra qurumlarına 23, məhkəmələrə isə 7 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi