Yuxarı
    Bağlamaq

    Nazirlik ekoloji qanunvericiliyi pozan şəxsləri cərimələyib

    Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 26, məhkəmələrə isə 2 iş göndərilib© Report

    Bakı. 19 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları aprelin 1-dən 15-nə kimi ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

    Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 142 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli “məcburi göstəriş” verilib.

    Ümumilikdə, 44 iş üzrə 100650 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 50349,75 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 245 iş üzrə 47306,74 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 26, məhkəmələrə isə 2 iş göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi