Nazirlik canavar hücumuna görə rayona nümayəndələr göndərdi

Nazirlik canavar hücumuna görə rayona nümayəndələr göndərdi Zaqatalanın Çökəkoba kəndinə canavarların hücumu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri həmin əraziyə göndərilib.
Ekologiya
6 Fevral , 2020 15:27
Nazirlik canavar hücumuna görə rayona nümayəndələr göndərdi

Zaqatalanın Çökəkoba kəndinə canavarların hücumu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri həmin əraziyə göndərilib.

Bunu "Report"un sorğusuna cavab olaraq Nazirliyin departament rəisi Hikmət Əlizadə bildirib.

O deyib ki, hazırda vəziyyət araşdırılır:

“Canavar və digər yırtıcı heyvanların yaşayış məntəqələrinə, kənd təsərrüfatı heyvanlarına hücumuna səbəb payız-qış mövsümündə onların yem bazasının azalması və yemə tələbatlarının artmasıdır. Bu da onları axtarışa çıxmağa, daha çox yem mənbəyi axtarmağa vadar edir. Nəticədə yırtıcıların yaxınlıqdakı yaşayış məntəqələrinə, kənd təsərrüfatı heyvanlarına hücumu halları qeydə alınır”.

Departament rəisi onu da bildirib ki, hazırda heyvanların ərazidən uzaqlaşdırılması üçün hürküdücü vasitələr tətbiq olunur, zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi