Nazirlik: Bakıda tozun miqdarı normadan 26 faiz yuxarıdır - YENİLƏNİB-3

Nazirlik: Bakıda tozun miqdarı normadan 26 faiz yuxarıdır - YENİLƏNİB-3 Bakı. 19 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.
Ekologiya
19 Aprel , 2018 18:54
Nazirlik: Bakıda tozun miqdarı normadan 26 faiz yuxarıdır - YENİLƏNİB-3

Bakı. 19 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.

Departamentdən "Report"a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, saat 18:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 26 faiz yuxarı olduğu qeydə alınıb.


*** 15:53

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı və Abşeron yarımadasında tozun miqdarı azalmağa başlayıb.  

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 19-u saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edirdi.


*** 12:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 19-u saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.


*** 09:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 19-da səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarmadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Son xəbərlər

Orphus sistemi