Nazirlik Azərbaycanda su hövzələrinə buraxılan balıq körpələrinə dair statistikanı açıqlayıb

Nazirlik Azərbaycanda su hövzələrinə buraxılan balıq körpələrinə dair statistikanı açıqlayıb "İlk dəfə olaraq süni yetişdirilən ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınan kürüdən balıq körpələri yetişdirilir"
Ekologiya
15 Yanvar , 2016 15:23
Nazirlik Azərbaycanda su hövzələrinə buraxılan balıq körpələrinə dair statistikanı açıqlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il 396,44 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri su hövzələrinə buraxılıb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, 2015-ci ildə 6,52 mln. ədəd nərəcinsli, 178,22 min ədəd qızılbalıq körpələri artırılaraq su hövzələrinə buraxılıb.

Nazirliyin məlumatına görə, Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilən müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb: "Burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilən ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınan kürüdən balıq körpələri yetişdirilir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır".

Son xəbərlər

Orphus sistemi