Nazirlik Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib

Nazirlik Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib Rayonlarda iyunun 1-i axşamdan 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacaq
Ekologiya
1 İyun , 2016 12:38
Nazirlik Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib

Bakı. 1 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən “Report”a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 1-i axşamdan 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Son xəbərlər

Orphus sistemi