Nazirlik Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Nazirlik Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib Dekabrın 6-da əsən güclü şimal-qərb küləyi dekabrın 7-si gündüz güclü cənub-qərb küləyi ilə əvəz olunacaq
Ekologiya
5 Dekabr , 2014 14:10
Nazirlik Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Havanın temperaturunun gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə ayrı-ayrı qərb rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, dekabrın 6-7-də ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Dekabrın 6-da əsən güclü şimal-qərb küləyi dekabrın 7-si gündüz güclü cənub-qərb küləyi ilə əvəz olunacaq.

Dekabrın 6-7-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir. 

Son xəbərlər

Orphus sistemi