Nazirlik 239 iş üzrə 49 min manatlıq cərimə yazıb

Nazirlik 239 iş üzrə 49 min manatlıq cərimə yazıb Bakı. 19 mart. REPORT.AZ/  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən martın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Ekologiya
19 Mart , 2018 15:51
Nazirlik 239 iş üzrə 49 min manatlıq cərimə yazıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 19 mart. REPORT.AZ/  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən martın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 102 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 22 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 43 iş üzrə 47360 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 14061,99 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 239 iş üzrə 49134,92 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 14, məhkəmələrə isə 3 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi