Nazir müavini: "Son 30 il ərzində su ehtiyatlarımız 15 faiz azalıb"

Nazir müavini: "Son 30 il ərzində su ehtiyatlarımız 15 faiz azalıb" "Son 30 il ərzində su ehtiyatlarımız 15 faiz azalıb və bu gün Azərbaycan da su stresi çəkən ölkələr sırasındadır”.
Ekologiya
2 Noyabr , 2022 12:37
Nazir müavini: Son 30 il ərzində su ehtiyatlarımız 15 faiz azalıb
Vüqar Kərimov

"Son 30 il ərzində su ehtiyatlarımız 15 faiz azalıb və bu gün Azərbaycan da su stresi yaşayan ölkələr sırasındadır”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri dünyada ən çox müzakirə olunan aktual problemlərdən biridir: "Son yüz ildə ölkəmizdə temperatur 0,4 - 1,3 dərəcə artıb. Yağıntıların miqdarının azalması bizi gələcək illərdə su ilə bağlı daha kəskin addımlar atmağa məcbur edir. Təəssüf ki, bu problem Azərbaycandan da yan keçmədi. Azərbaycan ərazisi qlobal istiləşmə kimi məsələlərdə həssasdır. Temperaturun artması, su ehtiyatlarımızın azalması, səhralaşma, erroziya prosesinin güclənməsi, yağıntıların miqdarının azalması, küləkli günlərin miqdarının artması kimi amillər Azərbaycanda öz fəsadlarını göstərməkdədir”.

Nazir müavini bildirib ki, ölkə ərazisinin 11,8 faizi meşə ilə örtülüdür. Meşə ərazilərinin azalmasına təsir göstərən amillərdən biri də qlobal iqlim dəyişiklikləridir.

Son xəbərlər

Orphus sistemi