Nazirin Tovuzda nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib

Nazirin Tovuzda nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib Görüşdə Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları iştirak edə bilərlər
Ekologiya
24 Oktyabr , 2016 17:16
Nazirin Tovuzda nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Tovuz rayonunda nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul oktyabrın 27-dən noyabrın 3-nə keçirilib.

Qeyd edək ki, qəbul Tovuz şəhərinin Heydər Əliyev Mərkəzində (ünvan: Tovuz şəhəri Əzizbəyov küçəsi 1) saat 10:00-da keçiriləcək. Görüşdə Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Görüşə gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Tovuz şəhəri, Rövşən Məmmədov küçəsi 1) müraciət etmələri (əlaqə telefonları: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi