Nazir: "Təhlükəli iqlim hadisələrilə bağlı erkən xəbərdarlıq sistemi yaradıla bilər"

Nazir: "Təhlükəli iqlim hadisələrilə bağlı erkən xəbərdarlıq sistemi yaradıla bilər" "İqlim prosesləri sərhəd tanımır. Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz".
Ekologiya
3 Dekabr , 2021 16:22
Nazir: Təhlükəli iqlim hadisələrilə bağlı erkən xəbərdarlıq sistemi yaradıla bilər
Muxtar Babayev

"İqlim prosesləri sərhəd tanımır. Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu baxımdan region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlığını təmin etmək üçün “Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platformasının yaradılması” nəzərdən keçirilir.

O qeyd edib ki, effektiv transsərhəd su idarəçiliyinin təmin edilməsi, region ölkələri arasında iqtisadi və ekoloji faydanın əldə edilməsi baxımdan su resurslarının davamlı idarə edilməsi məqsədilə regional əməkdaşlıq platformasının yaradılması maraq doğurur.

"Azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bildirmək istərdim ki, işğal dövrü ərzində 54 min hektar meşə ilə örtülü ərazi məhv edilmişdir. Orta və uzunmüddətli perspektivdə meşələrin ekoloji, su qoruyucu, iqlim tənzimləyici xassələrinin bərpa edilməsi planlaşdırılır. Hazırda işğaldan azad olunmuş ərazilərdə meşə fondunun genişmiqyaslı bərpasını nəzərdə tutan proqram hazırlanıb. Proqram çərçivəsində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirləri nəzərdə tutulur. Artıq həmin ərazilərdə ağacların əkilməsi və toxum səpini işlərinin aparılmasına başlanılıb. Qarabağda ərazilərin böyük hissəsinin minalanması genişmiqyaslı monitorinq və bərpa işlərinin aparılmasında imkanlarımızı məhdudlaşdırır. Minalardan təmizləmə prosesi sürətləndikdən sonra bərpa işləri daha intensiv şəkildə aparılacaq" - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi