Nazir: "Təbiəti kabab məhəbbəti ilə sevmək lazım deyil"

Nazir: "Təbiəti kabab məhəbbəti ilə sevmək lazım deyil" "Bütün həvəskar balıqçıları əməkdaşlığa dəvət edirik"
Ekologiya
13 May , 2016 18:36
Nazir: Təbiəti kabab məhəbbəti ilə sevmək lazım deyil

Bakı. 13 may. REPORT.AZ/ "Qeyri-qanuni balıq tutanlara qarşı çox qətiyyətli, kəskin tədbirlər görülür".

"Report"un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov "ASAN radio"nun “QəbuldASAN” verilişində deyib.

"Son bir neçə ayda insanların iqtisadi vəziyyətində problemlər yarana bilər deyə, balıqçıların lisenziya almalarına kömək məqsədilə müəyyən addımlar atıldı. Cərəyanla balıq tutuanlara qarşı nazilik tərəfindən həmişə qətiyyətli və kəskin tədirlər görülüb. Ola bilər tədbirlər həmişə effekt vermir. Biz bütün həvəskar balıqçıları əməkdaşlığa dəvət edirik. Yəni, bu istiqamətdə iş gedir və diqqətimizdədir", - deyə, nazir vurğulayıb.

O, təbiəti sevənlərin iki cür olduğunu da qeyd edib: "Təbiəti kabab məhəbbəti ilə sevmək lazım deyil".

Son xəbərlər

Orphus sistemi