"Ötən il ölkə ərazisində ümumilikdə 2 milyona yaxın ağac əkilib. Bu il isə daha çox ağac əkməyi planlaşdırırıq".
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O qeyd edib ki, yaşıllaşdırma işlərinin aparılmasında cəmiyyətin onlara dəstək olmasında maraqlıdırlar: "Hər bir vətəndaş təbiəti qorumalıdır. Yaşından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları təbiətin könüllüləridir”.
Nazir müavini bildirib ki, bu günlərdə nazirliyin sosial şəbəkələrdəki səhifələrində “hansı əraziləri yaşıllaşdırmaq istəyirsiniz” başlığı ilə sorğu keçiriləcək:
"Vətəndaşlar hansı əraziləri yaşıllaşdırmaq istəyirlərsə, sorğuda qeyd etsinlər, biz də onlarla birgə həmin əraziləri yaşıllaşdıraq. Ötən il Azərbaycanın bütün regionlarında, o cümlədən Abşeron yarımadasında da yaşıllaşdırma işləri görülüb. Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisi neft və neft tullantılarından təmizlənərək sağlamlaşdırılıb, damcılı suvarma sistemi quraşdırılıb və 55 minə yaxın yerli şəraitə uyğun ağac əkilib və 95 faiz bitiş olub".
F.Əliyevin sözlərinə görə, bu il Suraxanı rayonunda daha 200 hektara yaxın ərazidə yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulub: “Bu il