Nazir müavini: “Tranzit çaylarla Azərbaycana daxil olan su əhəmiyyətli dərəcədə azalıb”
- 20 oktyabr, 2023
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanda quraqlıq daha uzun müddətli dövrü əhatə edir”.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, tranzit çaylarla ölkəyə daxil olan çaylarda sululuq, axın əhəmiyyətli dərəcədə azalıb:
“Bu da həm təbii faktor, həm temperaturun artması, yağıntıların paylanmasında qeyri-bərabərliyin olması və s. hallarla bağlıdır. Su ehtiyatlarının azalması ilə bağlı planlar hazırlansa, bu, iqlim dəyişmələrlə bağlı itkilərin azalmasına xidmət göstərə bilər. Su problemi ölkəmiz üçün mühüm məsələdir”.
U.Tağıyeva vurğulayıb ki, mütəxəssis və müvafiq təşkilatların iştirakı, Su Komissiyasının fəaliyyəti nəticəsində tədbirlər planı hazırlanıb və lazımi işlər icra olunur.