Nazir müavini: İqlim dəyişikliyi bir sıra dövlətlərin mövcudluğuna təhlükə yarada bilər

Nazir müavini: İqlim dəyişikliyi bir sıra dövlətlərin mövcudluğuna təhlükə yarada bilər Qlobal iqlim dəyişikliyi bəzi dövlətlərin mövcudluğuna təhlükə yarada bilər.
Ekologiya
10 İyun , 2024 10:50
Nazir müavini: İqlim dəyişikliyi bir sıra dövlətlərin mövcudluğuna təhlükə yarada bilər

Qlobal iqlim dəyişikliyi bəzi dövlətlərin mövcudluğuna təhlükə yarada bilər.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin bərpası mümkün olmayan zərərlərinə məruz qala biləcək ada dövlətləri ilə danışıqlar aparır.

E.Soltanov qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinin quraqlıq və daşqın kimi mənfi nəticələrinə qarşı həssas yanaşır: “Su ehtiyatlarının çatışmazlığı problemi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinə daxil edilməlidir”.

Son xəbərlər

Orphus sistemi