Nazir müavini: "Ermənilərin çayları çirkləndirməsi bu gün də davam edir"

Nazir müavini: "Ermənilərin çayları çirkləndirməsi bu gün də davam edir" “Mövcud su ehtiyatlarının 30 faizindən çox hissəsi işğaldan azad olunan ərazilərdədir. Həmin ərazilərdə ümumilikdə 11-dən çox sulu çayımız var”.
Ekologiya
29 Yanvar , 2021 16:02
Nazir müavini: Ermənilərin çayları çirkləndirməsi bu gün də davam edir
Vüqar Kərimov

“Mövcud su ehtiyatlarının 30 faizindən çox hissəsi işğaldan azad olunan ərazilərdədir. Həmin ərazilərdə ümumilikdə 11-dən çox sulu çayımız var”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, 3 çay öz başlanğıcını Ermənistandan götürür.

V.Kərimov qeyd edib ki, su mənbələri məqsədli şəkildə çirkləndirilirdi:

“Ermənistanın mis istehsal edən zavodu var ki, özlərinin apardığı araşdırmalara görə zavodun yaxınlığından keçən Oxçu çay çirklənib. Bu çaydan götürdüyümüz nümunələrin analizləri zamanı məlum oldu ki, suyun tərkibində həyat üçün təhlükə mənbəyi olan elementlərin həddi qat-qat çoxdur. Təəssüf ki, çirklənmə bu gün də davam edir. Bununla bağlı beynəlxalq qurumlara müraciət edilib”.

O əlavə edib ki, çayların üzərində bir çox su anbarları var:

"Xudafərin və Qız Qalası su anbarlarının suyundan istifadə etməklə minlərlə hektar ərazilərimiz suvarılacaq. Suların çirklənməsinin qarşısını almaq üçün mütləq şəkildə lazımi addımlar atılacaq və hazırda həmin çayların suyundan müvafiq analizlər götürülür. Beynəlxalq təşkilatları bu işə cəlb etməliyik ki, düşmənə qarşı tutarlı cavab verə bilək”.

Son xəbərlər

Orphus sistemi