Nazir müavini: "Erməni vandalizminin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir"

Nazir müavini: "Erməni vandalizminin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir" "Təbiətimizi məhv ediblər"
Ekologiya
16 Mart , 2021 15:24
Nazir müavini: Erməni vandalizminin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir
Firdovsi Əliyev

"İşğaldan azad olunan ərazilərdə işğala qədər 260,3 min hektara yaxın meşə fondu olub".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bunun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülü olub: “Ötən müddətdə həmin ərazilərdə monitorinqlər aparılıb. İlkin araşdırmalara və kosmosdan çəkilən fotolara əsasən deyə bilirik ki, 54 min hektar ərazi düşmən tərəfindən tamamilə məhv edilib. Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə yerləşirdi. Bu, ilkin məlumatlar əsasında aparılan hesablamaların nəticələrdi. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da, yaşıllıq ərazilər olub. Vandalizmin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir. Dünya ölkələrinin bir neçəsinin meşə ehtiyatını bir yerə yığsaq, bu rəqəmlər eləmir. Təbiətimizi məhv ediblər”.

Son xəbərlər

Orphus sistemi