Nazir müavini: "Azərbaycanda "yaşıl enerji" layihələri prioritetləşdirilməlidir"

Nazir müavini: "Azərbaycanda "yaşıl enerji" layihələri prioritetləşdirilməlidir" Azərbaycanda karbon tutumlu sektorlarda emissiyaların azaldılması tədbirləri və "yaşıl enerji" layihələri prioritetləşdirilməlidir.
Ekologiya
16 Noyabr , 2023 10:59
Nazir müavini: Azərbaycanda yaşıl enerji layihələri prioritetləşdirilməlidir

Azərbaycanda karbon tutumlu sektorlarda emissiyaların azaldılması tədbirləri və "yaşıl enerji" layihələri prioritetləşdirilməlidir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.

"Azərbaycan iqtisadiyyatının mühüm sektoru olan kənd təsərrüfatı iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssasdır. Quraqlığa davamlı məhsullar, səmərəli suvarma sistemləri və davamlı torpaq idarəetmə üsulları kimi artıq dəyişən iqlimə uyğun ağıllı kənd təsərrüfatı təcrübələrini qəbul etməklə ərzaq təhlükəsizliyini təmin edə və aqrar sektorun dayanıqlığını artıra bilərik", - deyə o qeyd edib.

"Aşağı karbonlu, davamlı gələcəyə keçidin əsası olan iqlim maliyyəsi yaşıl inkişaf gündəliyinin icrası üçün mühüm rol oynayır. İnvestisiyaları bərpa olunan enerji mənbələrinə, dayanıqlı infrastruktura və iqlimə uyğun kənd təsərrüfatına yönəltməklə biz nəinki iqlim dəyişmələrinin mənfi təsirlərinin azalda, həm də iqtisadi sabitliyi təşviq edə və yeni iş yerləri yarada bilərik" - deyə o əlavə edib.

"Emissiyaların azaldılması daha çox maliyyə vəsaiti tələb edir. Ekoloji təmiz enerji və yaşıl texnologiyalara qlobal sərmayələr artırılmalıdır. İqlim dəyişikliyinin mənfi təsirlərini azaltmağa kömək edən yeni həllər və innovasiyalar təqdim edilməli, ən əsası onlara əlçatanlıq təmin edilməlidir. Hədəflərə çatmaq üçün bütün maraqlı tərəflərin inklüziv və aktiv iştirakı tələb olunur. Hökumət, özəl sektor və vətəndaş cəmiyyəti birlikdə çalışmalıdır", - deyə nazir müavini fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi