Nazir müavini: Azad olunan ərazilərdə təbiət abidələrinin 80%-i tamamilə məhv edilib

Nazir müavini: Azad olunan ərazilərdə təbiət abidələrinin 80%-i tamamilə məhv edilib Azad olunan ərazilərdə 152 təbiət abidəmiz var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80%-i məqsədli olaraq tamamilə məhv edilib.
Ekologiya
16 Fevral , 2024 15:00
Nazir müavini: Azad olunan ərazilərdə təbiət abidələrinin 80%-i tamamilə məhv edilib

Azad olunan ərazilərdə 152 təbiət abidəmiz var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80%-i məqsədli olaraq tamamilə məhv edilib.

Bunu "Report"a müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, işğal zamanı meşə fonduna dəyən ziyan böyükmiqyaslıdır: "İşğaldan azad olunmuş ərazilərimizdə meşə fondu torpaqlarımız 260 min hektarın üzərindədir. İşğalaqədərki dövrdə aparılan meşə quruluşu işlərində həmin ərazilərin 216 min hektarının meşə örtüklü ərazi olduğu göstərilir. 2020-ci il 2-ci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra aparılan monitorinqlər və qiymətləndirmələr nəticəsində məlum olub ki, 54 min hektardan çox meşə ərazimiz tamamilə məhv edilib. Azad olunan ərazilərdə 152 təbiət abidəmiz var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80%-i məqsədli olaraq tamamilə məhv edilib. 800-1000 il yaşı olan təbiət abidələrimiz, bərpası mümkün olmayacaq dərəcədə sıradan çıxarılıb, hətta kökləri yandırılıb ki, pöhrə belə verməsinlər. Təkcə meşə fondu deyil, ərazilərimizdə olan yeraltı təbii sərvətlərə və su ehtiyatlarına da işğalın, təəssüf ki, çox böyük mənfi təsirlərini görürük".

Nazir müavini bildirib ki, işğaldan azad olunan ərazilərdə 167 faydalı qazıntı yatağımız var, onların 52-də qanunsuz istismar işləri aparılıb: "Çox qiymətli, əsasən də əlvan metallar olan yataqlarımız amansızlıqla istismar edilib. Bu məsələlərlə bağlı beynəlxalq ekspertlərin də cəlb olunması ilə qiymətləndirmə aparılır, nəticələr aidiyyəti komissiya və dövlət qurumlarına təqdim olunur. Artıq beynəlxalq məhkəmələrdə bu məsələlərin bir çoxu ilə bağlı iddialar qaldırılıb".

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi