Nazir müavini ağacəkmə aksiyasından danışıb

Nazir müavini ağacəkmə aksiyasından danışıb "Bu mövsümdə ağacəkmə prosesi işğaldan azad edilmiş Zəngilan rayonundan başlayıb"
Ekologiya
16 Mart , 2021 14:49
Nazir müavini ağacəkmə aksiyasından danışıb
Firdovsi Əliyev

"Bu mövsümdə ağacəkmə prosesi işğaldan azad edilmiş Zəngilan rayonundan başlayıb. Ağacəkmə prosesi bütün ölkə üzrə davam etdiriləcək".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalislərə açıqlamasında deyib.

O vurğulayıb ki, ermənilər işğal dövründə həmin əraziləri minalayıb, bu səbəbdən orada kütləvi tədbirlər keçirilmir: "Amma qısa zamanda bu istiqamətdə işlər görüləcək. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparır”.

F.Əliyev qeyd edib ki, jurnalistlərin binasının ətrafında 400-ə yaxın ağac əkilib:

“Bundan başqa 300-ə qədər ağac gətirilib. Onların arasında, nar, ərik, əzgil və s. var. Bu ağaclar bina sakinlərinin istəyinə uyğun gətirilib. Onlar istədikləri ərazidə bu ağacları əkəcəklər. Nə qədər çox ağac əksək, o qədər də təbiətimiz canlanacaq”.

Son xəbərlər

Orphus sistemi