Nazir: "Meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilir"

Nazir: "Meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilir" "Azərbaycan az meşəli ölkədir, cəmi 12 faiz meşə ilə örtülüdür. Bu baxımdan prioritet istiqamətlərinin meşələrin artırılmasıdır".
Ekologiya
24 May , 2022 11:10
Nazir: Meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilir
Muxtar Babayev

"Azərbaycan az meşəli ölkədir, cəmi 12 faiz meşə ilə örtülüdür. Bu baxımdan prioritet istiqamətlərinin meşələrin artırılmasıdır".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, meşələrin mühafizəsi, vəziyyətlərinin yaxşılaşdırılması və qorunması istiqamətində irimiqyaslı meşəbərpa və meşəsalma tədbirləri həyata keçirilir:

"Lakin təbii meşə sahələrinin azalması, onların cins tərkibinin dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilir. Bunun əsas səbəblərindən biri zərərli orqanizmlərin təsiri nəticəsində fitosanitar vəziyyətin pislməsidir. Bunumla bağlı zərərli orqanizmlərin kompleks mübarizə tədbirləri aparılır. Bitki sağlamlığının təmin olunmasına ciddi önəm verilməlidir. Bu məqsədlə nazirliyin, AQTA-nın və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən ibarət işçi qrupu fəaliyyət göstərir".

Nazir qeyd edib ki, bu sahədə beynəlxalq ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.

Son xəbərlər

Orphus sistemi