Yuxarı
    Bağlamaq

    Nazir Hüseyn Bağırov vətəndaşların şikayətlərini dinləyib

    Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb

    Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Samux rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşlarla görüşüb.

    Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

    Qəbul zamanı vətəndaşların müraciətləri, şikayət və təklifləri dinlənilərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, qaldırılan məsələlər operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

    Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi