Nazir Hüseyn Bağırov vətəndaşlarla görüşüb

Nazir Hüseyn Bağırov vətəndaşlarla görüşüb Qəbulda 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib
Ekologiya
23 Dekabr , 2015 13:16
Nazir Hüseyn Bağırov vətəndaşlarla görüşüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Mingəçevirdə vətəndaşlarla görüşüb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olub. Qəbulda Mingəçevir, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşlar iştirak edib.

Görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Eyni zamanda vətəndaşların verdilyi müxtəlif təkliflər qeydə alınıb, qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi